Əsas məzmuna keç

Qəzəl

Dilbəra, dərdi-fəraqın qoymadı cismimdə can

Şah İsmayıl Xətai

1

Dilbəra, dərdi-fəraqın qoymadı cismimdə can, Anca axdı qanlu yaşım, qalmadı bağrımda qan.

Ta səri-zülfin sənin yüz üstə gördüm, ey pəri, Sən məni sevdayə saldın, ey məhi-namehriban.

Kim sənin yüzündürür xurşidi-xavər nisbəti, Qaşlarınlən gözlərindir fitneyi-axirzəman.

Dün demişsən kim, sana göstərübən can alam, Yüzüni göstərmədin aldın rəvanımdan rəvan.

Rumi ruyində Xətayi ta görübdür ruyi-həqq, Cümleyi-aləm gözündə ruyi-həqqindir nişan.

Lüğət: Xurşid – günəş; Dün – dünən, gecə; Rəvan – həyat, diri, axan, gedən, ruh, can

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.