Dilbəra, canımda dərdin bir dəva nisbətlüdür
Dilbəra, canımda dərdin bir dəva nisbətlüdür, Hər cəfa gəlsə mana səndən vəfa nisbətlüdür.
Bu cərahət cismimə oxun gələndə ün verür, Ol mana əhlən və səhlən mərhəba nisbətlüdür.
Gər mana nifrin edər düşmən, mən andan qəm yemən Kim, münafiqdən gələn qarğış dua nisbətlüdür.
Abi-çeşmimdən xəyalın hər zaman əksilməsün Kim, anın əksi gözümdə tutiya nisbətlüdür.
Eşq ilən laf etmə, ey miskin Xətayi, əbsəm ol Kim, bu mənzildə səlatinlər gəda nisbətlüdür.
Lüğət: Münafiq – günahkar, düşmən; Abi – həyat – dirilik suyu; Laf – söz, danışıq; Əbsəm – lal, danışmamaq