Əsas məzmuna keç

Qəzəl

Dilbəra, bu dərdimə dərman edərsən, vəqtidir

Şah İsmayıl Xətai

1

Dilbəra, bu dərdimə dərman edərsən, vəqtidir, Mən fəqirə lütf ilə ehsan edərsən, vəqtidir.

Növbahar oldu, gözüm istər camalın görməgə, Əzm edüb gülşən saru seyran edərsən, vəqtidir.

Çox zamandır qönçə tək bağrımnı pürxun eylədin, Ləblərini gül təki xəndan edərsən, vəqtidir.

Zülməti-hicrin fəraqın çəkmişəm dövranda çox, Vəslini bu könlümə mehman edərsən, vəqtidir.

Xeyli vəqtdir kim, Xətayi zülməti-hicran çəkir, Ləblərini çeşmeyi-heyvan edərsən, vəqtidir.

Lüğət: Əzm – bir işə girişmək üçün edilən qəsd, qərar; Pürxun – qanla dolu; Xəndan – gülən; Hicr – ayrılıq; Vəsl – qovuşmaq; Çeşmeyi – heyvan – dirilik bulağı

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.