Dil uzadır bəhs ilə ol arizi-xəndanə şəm’
Dil uzadır bəhs ilə ol arizi-xəndanə şəm’, Od çıxar ağızından, etməzmi həzər kim, yanə şəm’.
Nola qeyrət atəşi canım əritsə mum tək, Bu nə sözdür kim, demişlər arizi-cananə şəm’?
Arizi-canan ilə bəhsi-kəmali-hüsn edər, Dil ucundandır ki, hər saət düşər nöqsanə şəm’.
Gah ayağ bağılı, gah boynu, nədəndir bilməzəm, Bir pəri eşqindən olmuşdur məgər divanə şəm’.
Nola canım qamətin istərsə, könlüm arizin, Rəsmdir aləmdə: bülbül gül sevər, pərvanə şəm’.
Qıl şəbistanı münəvvər kim, nisarın qılmağa, Riştədən dürlər çəkib cəm’ eyləmiş damanə şəm’.
Ey Füzuli, şövqdən yaqdın tənin ruzi-vüsal, Netdin, ey qafil, gərəkməzmi şəbi-hicranə şəm’?
Lüğət: Ariz – yanaq; başvermə, meydana çıxmaq; şikayətçi