Dil sənin şirin kəlamıntək kəlim olmuşdurur
Dil sənin şirin kəlamıntək kəlim olmuşdurur, Can sana bir bəndeyi, əlbət qədim olmuşdurur.
Müshəfi-hüsnündə şol hərfü xətü xalın sənin, Sətri-bismillahir-rəhmanir-rəhim olmuşdurur.
Istivadan zülfünüz cənnətdə ey huriliqa, Əhli-imana siratül-müstəqim olmuşdurur.
Nəmdürür eynim bu sevdadan həmişə kim, nədən; Qaşların nunü dəhanın hərfi-mim olmuşdurur.
Naşüküftə zanbağam, əngüşti-xatəmdir məgər Kim, fələkdə mahi-bədr andan dü nim olmuşdurur.
Seyyid andan bəlli kim, şaha, qapına yastanır, Fariğ əz rizvanü bağ, eyşi-nəim olmuşdurur.
Cahan üzün günəşindən münəvvər olmuşdur, Səba saçın qoxusundan müəttər olmuşdur.
Ləbin qatında ki, andan utandı abi-həyat, Şəkər sözün nə deyim, çün mükərrər olmuşdur.
Dua ilən nə diləyim səninçün həqdən kim, Iki cahan sana həqdən müyəssər olmuşdur.
Kimin ki, könlü dilədi ayağını öpmək, Başını oynamaq ana müqərrər olmuşdur.
Nəsibimi necə sə’y ilə artırım, çünkim, Əzəldə nəhnü qəsəmna müqəddər olmuşdur.
Səhər yeli əsəli sünbülün diyarından, Məşami-əhli-məhəbbət müəttər olmuşdur.
Nəsimi, ey şəhi-xuban, camalını görəli, Gözündə surəti-rəhman müsəvvər olmuşdur.
Lüğət: Dil – Ürək; Müshəf – Kitab; Şol – O; Sevda – 1. Öd. 2. Məhəbbət; Dəhan – Ağız; Naşüküftə – Açılmamış; Əngüşt – Barmaq; Xatəm – Möhür, möhürlü üzük; Son; Mahi – Balıq; Nim – Yarı; Fariğ – Boş, qayğısız; Rizvan – Cənnət; Münəvvər – Nurlu; Əsəl – Bal; Müsəvvər – Təsvir edilmiş