Əsas məzmuna keç

Qəzəl

Dil sana heyran olubdur, ta cəmalın görmüşəm

Şah İsmayıl Xətai

1

Dil sana heyran olubdur, ta cəmalın görmüşəm, Ta göz açıb ol rüxi-fərxəndə falın görmüşəm.

Ruzü şəb dünya içində məstü heyranəm müdam, Gecələr uyxu içində ta xəyalın görmüşəm.

Dünyəvü üqbadə mən övsafi-hüsnin söylərəm, Bağçada andan bərü qəddi-şümalın görmüşəm.

Bir pərinin yüzünə heyranü zarəm can ilə, Şol ləbü zülfü rüxü həm xəttü xalın görmüşəm.

Bu Xətayinin gözü səyyarə tək bixabdir, Gül yüzün üstündə ta qaşi-hilalın görmüşəm.

Lüğət: Dil – ürək; Fərxəndə – uğurlu; Şəb – gecə; Müdam – davamlı, həmişə; Uyxu – yuxu; Üqba – axirət, o biri dünya; Hüsn – gözəllik; Şol – o; Xətt – yanaq, yazı; Hilal – aypara

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.