Dil ki, sərmənzili ol zülfi-pərişan olmuş
Dil ki, sərmənzili ol zülfi-pərişan olmuş, Nola cürmi ki, asılmasına fərman olmuş?
Şahsən mülki-məlahətdə, sənə qullar çox, Biri oldur ki, varıb Misrdə sultan olmuş.
Rəhm edib aşiqini həşr günü yaqmayalar Ki, bu dünyada əsiri-qəmi-hicran olmuş.
Dedilər, qəm gedirər badə, çox içdim sənsiz, Qəmi-hicranə müfid olmadı ol qan olmuş.
Bağibani-çəməni-dəhrə xəyali-dəhənin Səbəbi-tərbiyəti-qönçeyi-xəndan olmuş.
Adəm əvvəl səri-kuyin verib almış cənnət, Eşidib tə’ni-mələk, sonra peşiman olmuş.
Ey Füzuli, mənim əhvalimə bir vaqif yox, Böylə kim, aləm onun hüsnünə heyran olmuş.
Lüğət: Cürm – günah, suç. Ç