Əsas məzmuna keç

Qəzəl

Dil giriftar olub ol geysuyə

Məhəmməd Füzuli

1

Dil giriftar olub ol geysuyə, Gözüm heyran olub ol məhruyə.

Bağlanıb tük kimi olmuş bədənim, Səri-zülfündə olan hər muyə.

O səbəbdən sevirəm mehrabı, Artırır meylimi ol əbruyə.

Kəbəyə var o cəhətdən şövqüm Ki, onun nisbəti var ol kuyə.

Kirpiyimdən yaş axır hər tərəfə, Yol tapa ta o qədi-dilguyə.

Xızr ölməzdi, deyir xalq, məgər Can verib qəmzeyi ol caduyə.

Şikvə eylərdi Füzuli, niyə bəs İndi şükr eyləyir ol ahuyə.

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.