Əsas məzmuna keç

Qəzəl

Dil etsə nolar sineyi-sədçakə təşəbbüs

Seyid Əzim Şirvani

1

Dil etsə nolar sineyi-sədçakə təşəbbüs, Suyə batan eylər xəsü xaşakə təşəbbüs.

Təngə gəlib ahi-cigərim atəşi-dildən, Dud ilə çıxıb eyləyir əflakə təşəbbüs.

Dil əksi-rüxün atəş ilə xakdə görmüş, Gahi eləyir atəşə, gəh xakə təşəbbüs.

Şayəd ki, edə dərk səni qüvveyi-idrak, Sultani-xəyalım edib idrakə təşəbbüs.

Çəng ur o kəsə, ricsdən etmiş onu həq pak, Pakizə olan gövhər edər pakə təşəbbüs.

Fitraki-nigarımda mənim seyd olan ahu – Bu bismili-dil eylər o fitrakə təşəbbüs.

Seyyid gözüvün bəs ki, görüb cövrü cəfasın, Bundan eləyib qəmzeyi-bibakə təşəbbüs.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.