Dil aşiq olub zülfüvə sevdalərə düşdü
Dil aşiq olub zülfüvə sevdalərə düşdü, Məcnun kimi zəncir ilə səhralərə düşdü.
Ta camə üzün əksi düşüb, ey ləbi meygun, Çox xam-təmə qeyr təmənnalərə düşdü.
Sirri-dəhənin söylədilər rəmz ilə mərdüm, Bu mübhəm olan nöqtə müəmmalərə düşdü.
Zülfün elədi xatiri-üşşaqı nişimən, Ol şəkli-çəlipa bu kəlisalərə düşdü.
Ta qətreyi-neysan ola dəndanüvə nisbət, Əl əbrdən üzdü, dili-dəryalərə düşdü.
Gəh sərzənişi-xəlq, gəhi kineyi-gərdun, Eşqində başım, gör ki, nə qovğalərə düşdü.
Yandırdı məni şəşəeyi-nuri-cəmalın, Musa kimi Seyyid bu təcəllalərə düşdü.