Deyil hübab o kim, göz yaşımda oldu əyan
Deyil hübab o kim, göz yaşımda oldu əyan, Ayağı əşkimin olmuş qabar dolanmaqdan.
Həyat qeydi olub əhli-eşq üçün zəncir, Odur ki, eylədi Məcnuni-zarı sərgərdan.
Nişansız oldu könül səndə axtaranda vəfa, O kəs ki, axtara ənqanı ondan umma nişan.
Gözüm yaşilə vurulmuş ayağıma zəncir, Mən aşiqə bu necə zülmdür edər dövran?
Muradə çatmadı könlüm mənim bu sövdadə, O qarə zülfə gərək başımı edəm qurban.
Nəsimi-sübhdə nərgis görüb də xaki-rəhin, Kəmetinalıq edib gözləri kor oldu, inan.
Füzuli, dəhrdə rüsvay o gündən oldun kim, Əsiri-qaməti qıldı səni o sərvi-rəvan.