Dəyəndə dərdimi, saqi mənə şərab verir
Dəyəndə dərdimi, saqi mənə şərab verir, Dayanmadan ona hər söz desəm, cavab verir.
Ağac ki, silkələnə meyvəsin tökər daim, Gözüm yaşın tökərəm, çərx iztirab verir.
Özümdən olmadı avarəlik, bu çərxi-fələk Zəif edib məni, bir sap misalı tab verir.
Oxun kimi, fələyin yox oxunda bir peykan, Yüz ox vurur mənə bir qətrə ta ki, ab verir.
Düşünmürəm niyə gəh zahidəm, gəhi rindəm, Fələk mənə nə qədər gündə inqilab verir.
Mey içməsəm mən əgər dərdü qüssədən ölərəm, Içəndə tənəyi-zahid mənə əzab verir.
Füzuli, şükr elə, çərxin əcəb qonaqlığı var: Şərabı göz qanıdır, qəlbdən kəbab verir.