Əsas məzmuna keç

Qəzəl

Dersən mənə kim, huriyi-qılman olacaqdır

Seyid Əzim Şirvani

1

Dersən mənə kim, huriyi-qılman olacaqdır, Qismət sənə ol Kövsəri-rizvan olacaqdır.

Bəsdir mənə bu saqi ilə badeyi-gülgun, Mənzilgəhimiz səhni-gülüstan olacaqdır.

Dünyada gərək yari-pərivəş, meyi-biğəş, Üqbayə baxan kimsə pəşiman olacaqdır.

Bu nəqdi qoyub nisyə dalınca nə gedim mən, Nəqdini verən nisyəyə nadan olacaqdır.

Saqi mənə qılmandı, şərabım meyi-Kövsər, Vaiz cigəri həsrət ilə qan olacaqdır.

Fövt eyləmə bu fürsəti, ey aqilü huşyar, Ömrün gedəcək, dəhr özü viran olacaqdır,

Seyyid degiləm nisyə sözə bavər edəm mən, Nəqdi-hunərim camə girovgan olacaqdır.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.