Dərdü fəraqü həsrət ilən canə gəlmişəm
Dərdü fəraqü həsrət ilən canə gəlmişəm, Küfri-saçınla vəcginə imanə gəlmişəm.
Zülfin şəbində təşnəyəm ol abi-lə’linə, Zülmat içində çeşmeyi-heyvanə gəlmişəm.
Bir əndəlibi-kuyi-fəraq idim, ey sənəm, Yüzüni görməgə bu gülüstanə gəlmişəm.
Xoş aqiləm ki, dünyadə isbati-eşq içün Divanə gəlmişəm, vəli divanə gəlmişəm.
Qapundan ayru oldu Xətayi şikəstə hal, Ümmid ilən eşiginə dərmanə gəlmişəm.
Lüğət: Küfr – inamsızlıq, kafirlik; Abi – həyat – dirilik suyu; Çeşmeyi – heyvan – dirilik bulağı; Əndəlib – bülbül; Vəli – ancaq, lakin