Dərdmənd etdin məni, ey dərdə dərman erməni
Dərdmənd etdin məni, ey dərdə dərman erməni, Olmuşam eşqin yolunda bəndəfərman, erməni.
Nə pəri, nə adəmi bu şəkl ilə mən görmədim, Cənnəti hurimisən, yoxsa ki, rizvan, erməni?
Anca kim, sə’y eylədim nazik camalın görməyə, Zərrəcə yumşalmadın, ey könlü zindan erməni.
Örtgil ol ay üzünü kim, çeşmi-naməhrəm görər, Yoxsa ki, dindən dönər çox-çox müsəlman, erməni.
Isayi-Məryəm həqiçün, heç qərarım qalmadı, Didəmi giryan edərsən, bağrımı qan, erməni.
Qorxuram mən dərvişə sən deyəsən din tərkin et, Necə ki, bağladı zünnar Şeyx Sən’an, erməni.
Xanda bir xaç əhli varsa qamusun seyr eylədim, Bulmadım mən sən təki bir cani-canan, erməni.
Bir sual etdi Nəsimi sən büti-mehparədən, Lütf ilə söyləşə gör, ey lə’li xəndan, erməni.
Lüğət: Rizvan – Cənnət; Çeşm – Göz; Giryan – Ağlar; Zünnar – müsəlman dövlətlərində yaşayan xristianların bağladığı qurşaq