Dərdini sinəmdə könlüm eylə bil can bəsləyir
Dərdini sinəmdə könlüm eylə bil can bəsləyir, Ol səbəbdəndir onu zövq ilə hər an bəsləyir.
Indi məlum oldu ki, ancaq şikayət qılmağa Bu sümükləri həmişə cismi-üryan bəsləyir.
Lalə rəngli göz yaşım öz çeşmimin məhsuludur, Böylə bir rövnəqli ləli hansı bir kan bəsləyir.
Gözlərim xəttin xəyalilə necə yaş tökməsin, Çün axar su göy çəmənlik, baği-bustan bəsləyir.
Qamətin tək sərv olmaz, dəhrə gər etsə rəvan Hər ağac kim, gülşəni-cənnətdə rizvan bəsləyir.
Olsa cahildə, təəccüb etmə, dünya neməti, Xoş dil, adətdir, həmişə tifli-nadan bəsləyir.
Çeşmü qəlbinə Füzuli öz ciyər qanın verir, Gör necə düşmənlərin daim firavan bəsləyir.