Dərdinə əğyarın etmiş yar əlac
Dərdinə əğyarın etmiş yar əlac, Qibtədən məndə dəyişmişdir məzac.
Gəl mənə etmə nəsihət, naseha! Yoxdu mənasız sözə bir ehtiyac.
Göz yaşı sevdayi-eşqindən yenə Sevginin bazarinə vermiş rəvac.
Könlümü mən verdim hər məhparəyə, Eşqi rahində budur üşşaqə bac.
Eşqin içdi könlümün qanın, nə qəm, Ölkədən şahlar alar əlbət xərac.
Başıma torpaq səpən divanəyəm, Gah olur təxtim bu torpaq, gah tac.
Ey Füzuli, halını canan bilir, Bir daha ərz etməyə yox ehtiyac.