Əsas məzmuna keç

Qəzəl

Derdim ki, könül zirü zəbər olmasın, oldu

Seyid Əzim Şirvani

1

Derdim ki, könül zirü zəbər olmasın, oldu, Həmvarə gözüm əşklə tər olmasın, oldu.

Derdim ki, xətin tutmaya dövri-məhi-ruyin, Bu fitnə əyan dövri-qəmər olmasın, oldu.

Ömrüm tükənib, oldu nihayət şəbi-vəslin, Etdim ki dualar, bu səhər olmasın, oldu.

Baği-dili-şeydadə olan nəxli-məhəbbət, Derdim belə bibərgü səmər olmasın, oldu.

Çəkdim o qədər ah ki, ol sərv cəmalı Sərkəşlər üçün məddi-nəzər olmasın, oldu.

Rəşk öldürəcəkdi məni, ol muy-miyanın Ortayə gəlib zibi-kəmər olmasın, oldu.

Seyyid, dilüvi lal eləsin qadiri-sübhan, Derdim ki, dili-yarə kədər olmasın, oldu.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.