Əsas məzmuna keç

Qəzəl

Dərdi-eşqin, dilbəra, çün gəldi bu can üstünə

Şah İsmayıl Xətai

1

Dərdi-eşqin, dilbəra, çün gəldi bu can üstünə, Sanasan kim, Xızr gəldi abi-heyvan üstünə.

Bu cahan bağını bünyad etdi dəsti-ləmyəzəl, Mən təki bir gül xaçan bitdi gülüstan üstünə.

Rahəti-vəslin dilərdim, gəldi hicran zəhməti, Ey pəri, neyçün qoyursan dərdi dərman üstünə?

Sərvəri-hindudur ol kim, gəldi Rum iqliminə, Ol siyəh xalın ki, düşmüş ruyi-xəndan üstünə.

Çün cəmalın mehri düşdü bu Xətayi könlünə, Sanasan Yusifdir ol kim, gəldi Kən’an üstünə.

Lüğət: Abi – həyat – dirilik suyu; Bünyad – özül, kök; Dəst – əl; Vəsl – qovuşmaq; Xəndan – gülən; Mehr – günəş

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.