Əsas məzmuna keç

Qəzəl

Dərdi-eşqim dəf’inə zəhmət çəkər daim təbib

Məhəmməd Füzuli

1

Dərdi-eşqim dəf’inə zəhmət çəkər daim təbib, Şükr kim, olmuş ona zəhmət, mənə rahət nəsib.

Bir zəbandır şərhi-qəm təqririnə hər bərgi-gül, Eyləməz bihudə gül gördükdə əfğan əndəlib.

Bilsə zövqüm vəsldən firqətdə əfzun olduğun, Vəsldən mən’im rəva görməzdi rəşkindən rəqib.

Tə’ni-qəflətdir pəritəl’ətlərə izhari-hal, Sanma kim, əhbab halından olur qafil həbib.

Ah, bilmən neyləyim, qurtulmaq olmaz qeyddən, Mən hərifi-sadədil, xuban cəmali dilfirib.

Şəm’ qürbilə təfaxür qılma, ey pərvanə, kim, Xirməni-ömrün göyər bərqi-fənadan ənqərib.

Nola ağılarsa Füzuli rövzeyi-kuyin anıb, Lacərəm giryan olur qılğac vətən yadın qərib.

Lüğət: Bərg – yarpaq; Əhbab – dostlar; Təfaxür – fəxr etmə, öyünmə; Bərqi – lame’ – ildırım

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.