Dərdi-dilimə lütf eləyib bircə dəva qıl
Dərdi-dilimə lütf eləyib bircə dəva qıl, Lütf et, gözəlim, dərdi-dilə çarə əta qıl.
Bir ömrdür həsrət çəkirik görməyə ruyin, Bəsdir, səni tanrı, bizə gəl ərzi-liqa qıl.
Başdan keçərək, düşmüşəm artıq mən ayaqdan, Mən bisərü pa aşiqə bax, dərdə şəfa qıl.
Daim könül incitmək, inan, xoş ola bilməz, Bəsdir bu qədər zülm elədin tərki-cəfa qıl.
Aşiqləri məhrumi-vüsal eyləmək olmaz, Rəhm eylə, gözəl, eşq nə istərsə, rəva qıl.
Dəm vurma, könül, ol sənəmin silsiləsindən, Gəl bax sözümə, sən həzəri-dami-bəla qıl.
Aşiq ilə məşuq, Füzuli, demə birdir, Gər yar cəfa etsə, sən, əlbəttə, vəfa qıl.