Əsas məzmuna keç

Qəzəl

Dərd yoxdur kimsədə, yoxsa təbibi-feyzi-eşq

Məhəmməd Füzuli

1

Dərd yoxdur kimsədə, yoxsa təbibi-feyzi-eşq, Kimdə gördü dərd kim, ol dərdə dərman etmədi. Səbr yoxdur mərdümi-aləmdə, yoxsa ruzigar, Hansı müşküldür ki, tədric ilə dərman etmədi?

Qəlbi-nadan olur həmişə siyah, Laləvəş, rəngi ruyi-əhmər olur. Üzü fəzl əhlinin riyazətlə, Zəri-xalis misali əfsər olur. Gər zəif olsa cismi danişmənd, Ərəbi at çünki lağər olur.

Nükteyi-eşq neçə surətdən Əhli-mə’na ilə təsrih etdik. Kəsrəti vəhdətə qıldıq təbdil, Cümlədən üzləti tərcih etdik.

Lüğət: Mərdüm – göz giləsi; xalq, camaat; Əfsər – tac; Kəsrət – çoxluq

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.