Demiş hər qönçəyə aşiqligim razın səba derlər
Demiş hər qönçəyə aşiqligim razın səba derlər, El ağızın tutmaq olmaz, qorxuram, ey gül, sana derlər.
Əsiri-dərdi-eşqü məsti-cami-hüsn çox əmma Bizüz məşhur olan, Leyli sənə, Məcnun mana derlər.
Sənin mehrü vəfa göstərdigin əğyarə çox gördüm, Qələtdir kim, səni bimehr oxurlar, bivəfa derlər.
Sənə derlər büti-Çin, zülfünə zünnar söylərlər, Zəhi imanı yoxlar küff söylərlər, xəta derlər.
Mənə derlərdi əvvəl: bir mələkdir sevdigin, hala Görənlər, mən fəqirə göydən enmiş bir bəla, derlər.
Mərizi-eşq iqdi-zülfün eylər arizu, zira Müaliclər bu mühlik dərdə müşkildir dəva derlər.
Füzuli, aşiqə onlar ki, derlər tərki-eşq eylə, Deməzlərmi xəta, təğyir qıl hökmi-qəza, derlər.
Lüğət: Zünnar – xristian ruhanilərinin bağıladığ qurşaq; Zəhi – nə xoş, nə gözəl; Ariz – yanaq; başvermə, meydana çıxmaq; şikayətçi; Müalic – əlac edən, təbib; Təğyir – döndərmək, dəyişmək