Dəmi-Isa gəlir dodağından
Dəmi-Isa gəlir dodağından, Ay kimi nur axar yanağından.
Zülfünün teyləsanı şol gecədir Ki, günəş nur alır çırağından.
Yanəsərdir bu dağü həsrət ilə Kim ki, yanmaz bu eşq dağından.
Qaməti şol şəcər degil ki, yana Hər kişinin çırağı yağından.
Eşq əlindən dolu əyaq içərəm, Həm budur umduğum əyağından.
Sağa dəyşirdi solunu, həqqa, Solunu kim ki, bildi sağından.
Gəldi Musayə ləntərani cavab, Ərini vəxti Tur dağından.
Can nə quşdur ki, qurtula deyəsən Ənbərin zülfünün duzağından.
Gözlərinin qarası, həm ağı, Fərq edilməz qarası ağından.
Zülfünün xoşnəfəs Nəsimi kimi Gəlmədi bir qubar ayağından.
Lüğət: Nur – İşıq; Şol – O; Şəcər – Ağac; Qubar – Toz