Əsas məzmuna keç

Qəzəl

Demə rəyimlə damanın çıxıb, ey şəhsüvar, əldən

Məhəmməd Füzuli

1

Demə rəyimlə damanın çıxıb, ey şəhsüvar, əldən, Sənin cövlanın almışdır inani-ixtiyar əldən.

Sıxılma qönçə tək daim ki, nərgisdən deyilsən kəm, Şərabın camını qoyma yerə fəsli-bahar əldən.

Edə bilməz bunu Leyli ki, getsin səmti-Məcnunə, Dəvə əfsarını gər almasa biixtiyar əldən.

Nigarın damənində tutmuşam, saqi, şərab az ver, Budur qorxum ki, məst olsam, gedər damani-yar əldən.

Damarlar gər qırılmazsa əlimdən torpaq altında, Deyil mümkün çıxa zənciri-zülfi-mişkbar əldən.

Bu yoxluq aləmində vurma dəm sən çox da varlıqdan, Qapar yoxsa xoş ömrün nəqdini bu ruzigar əldən.

Füzuli, yar zülfündən uzaq səbrü qərarım yox, Xəyali-zülfi-yar ilə gedib səbrü qərar əldən.

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.