Əsas məzmuna keç

Qəzəl

Dəmbədəm yol gözlərəm, ol sevgi yarım gəlmədi

Şah İsmayıl Xətai

1

Dəmbədəm yol gözlərəm, ol sevgi yarım gəlmədi, Qalmışam qış möhnətində, novbaharım gəlmədi.

Xeyli müddətdir ki, mən ta ayru düşdüm yardən, Görmək içün həddən ötdü intizarım, gəlmədi.

Ta ki, gördüm uyxuda mən ol pərişan zülfini, Yerinə andan bəri səbrü qərarım gəlmədi.

İxtiyarım getdi əldən, canü dildən əl yudum, Ol mənim canü könüldən ixtiyarım gəlmədi.

Xəstədir miskin Xətayi bir misali-əndəlib, Hüsn bağında cəmalı gül’üzarım gəlmədi.

Lüğət: Uyxu – yuxu; Əndəlib – bülbül; Hüsn – gözəllik; Üzar – yanaq

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.