Əsas məzmuna keç

Qəzəl

Dəllak pəsər kayineyi-əhli-nəzərdir

Seyid Əzim Şirvani

1

Dəllak pəsər kayineyi-əhli-nəzərdir. Bir surəti-bimisldi, bir şəkli-digərdir.

Əbruləri bir tiğdi, müjganları nəştər, Rəgdən açılan nəştərinə xuni-cigərdir.

Cam ilə hicab oldu onun tiğinə başım, Başıma bəla oldu mənim də, bu nə sərdir.

Bir əldə tutub tiğini, bir əldə tutub səng, Dəvaya gəlirsə ona canım nə sipərdir.

Əl vursa əgər çərxə, çıxar göglərə ahım, Ey çərxi-cəfakar, sənə cayi-həzərdir.

Miqrazi-cəfa ilə əgər rişteyi-ömrüm Qət eyləsə billəh deməzəm kim, nə xətərdir.

Şanə kimi sədçak idi könlüm bu həsəddən Kim, şanəkəşi-türreyi-hər şöbədəgərdir.

Ey gül, nə rəvadır dura hər xarə müqabil Ruyin ki, gülüstani-səfadə güli-tərdir.

Ey kaş, olaydım qayış ol muymiyanə, Vəh-vəh, nə gözəl muymiyanü nə kəmərdir.

Tas öpdü əlin, bağrını su eylədi Seyyid, Gözdən tökülən əşk degil, xuni-cigərdir.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.