Dəlili-cəhldir eşq əhlinə surətpərəst olmaq
Dəlili-cəhldir eşq əhlinə surətpərəst olmaq Ki, aqil iftiraqı mümkün ilə ittisal etməz. Iradət zaye’ etməz əhli-mə’na surətə hərgiz, Həqiqət cövhərin cəhli-məcazə paymal etməz. Müqəyyəd olmaz əhli-surətin rənginə hal əhli, Füzuli kim müqəyyədir, məgər idraki-hal etməz.
Lüğət: İttisal – bitişmək, yapışmaq, qovuşmaq