Dəldi ol qəmzən səhamı, bağrıma kar etdi uş
Dəldi ol qəmzən səhamı, bağrıma kar etdi uş, Bunca firqət kim, mənə ol çeşmi məkkar etdi uş.
Ta ki, şol məstanə eynin sağərindən içəli, Başıma çıxdı xumarı, gör nə xummar etdi uş.
Söylərəm daim ənəlhəq, zülfünə can düşəli, Ta məni Mənsurtək zülfündə bərdar etdi uş.
Düşdü çün anəstünarın şö’ləsi sərtaqədəm, Musaya ol atəşi gör kim, nə ənvar etdi uş.
Tökdü çün yarın qəmindən bəhri-bəhreyn gözlərin, Dişlərin əksi göründü, dürri-şəhvar etdi uş.
Hüsnünə baxdıqca daim, oxuram inna-fətəh, Lövhi-məhfuzun hürufun həq çü izhar etdi uş.
Sirrini faş etmə yarın, ey Nəsimi, əbsəm ol, Neçün ol əsrarı həq aləmdə əsrar etdi uş.
Lüğət: Kar – İş; Çeşm – Göz; Şol – O; Ənvar – Nurlar; Yarın – Səhər; Bəhr – Dəniz; Əksi – Nöqsan; Əbsəm – Lal; Əsrar – Sirlər