Əsas məzmuna keç

Qəzəl

Dəhrin mənə sənsiz bu baharı nə gərəkdir

Seyid Əzim Şirvani

1

Dəhrin mənə sənsiz bu baharı nə gərəkdir? Gülzari-çəmən sövti-həzarı nə gərəkdir?

Aşüftə könül tari-səri-zülfüvü istər, Sünbül mənə sənsiz, səni tarı, nə gərəkdir?

Ətri-sərn-zülfün mənə mətlubdur, ey gül, Əttarların müşki-tətarı nə gərəkdir?

Hər gecə ki, ağuşi-xəyalımdadır ol mah, Zahirdə olan busü kənarı nə gərəkdir?

Ey zahidi-xudbin, yeri, öz eybinə kur ol, Xəlqin sənə bu eybü əvarı nə gərəkdir?

Bibadeyi-gülgun bizi məst eylədi, saqi, Minbəd meyin rəncü xumarı nə gərəkdir?

Qonşu toyuğu qaz görünür qonşuya, Seyyid, Öz yarüvi tut, özgə nigarı nə gərəkdir?

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.