Əsas məzmuna keç

Qəzəl

Dəhrin demə bir Yusif-Kənanı gözəldir

Məhəmmədəli Şəfai

4

Dəhrin demə bir Yusif-Kənanı gözəldir, Hər aşiqin öz sevgili cananı gözəldir.

Mən aşiqinəm, sən mənim ey gül gözəlimsən, Bülbüllərə bağın gülü xəndanı gözəldir.

Xoşdur mənə olsam o qara gözlərə qurban, Çün qaşlarıvın qətlimə fərmanı, gözəldir.

Bir busə ver, al canımı ey sevgili yarım, Xəlq bu gözəlin qoy deyə qurbanı, gözəldir.

Heç bir gözəl aləmdə gözəllik adın almaz, Söylənməsə gər aşiqi-nalanı gözəldir.

Bu sübhi-məsa nalələrim vəslin üçündür, Çün vəslin o xoş günləri, dövranı gözəldir.

Məhəmmədəli Şəfai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.