Dəhənin şövqünü cansuz güman etməz idim
Dəhənin şövqünü cansuz güman etməz idim, Yoxsa bir dəm onu mən munisi-can etməz idim.
Vəsfi-xali-ləbini bilsə idim naməqdur, Arizusunda qara bağrımı qan etməz idim.
Xublər aşiqə meyl etmədigin bilsə idim, Özümü eşq ilə rüsvayi-cəhan etməz idim.
Düşməsəydi gözümün yaşinə feyzi-nəzərin, Onu hər sərvin əyağinə rəvan etməz edim.
Salmasaydım dili-viranə imarət tərhin, Onda gənci-gühəri-eşqi nəhan etməz idim.
Sitəmi-tə’neyi-əğyarə degildim vaqif, Yoqsa yarın səri-kuyində məkan etməz idim.
Etməsəydi sitəmi-yar, Füzuli, məni-zar, Bunca fəryad çəkib, ahü fəğan etməz idim.
Lüğət: Munis – hayan, ünsiyyətli