Əsas məzmuna keç

Qəzəl

Dəhənin dilbərimin çeşməyi-heyvan dedilər

Seyid Əzim Şirvani

1

Dəhənin dilbərimin çeşməyi-heyvan dedilər, Kim inanır bu sözə, göz görə böhtan dedilər.

Zülfünə söylədilər müşki-Xəta, nafeyi-Çin, Həqqini bilmədilər, hərfi-pərişan dedilər.

Gördülər qan içici gözlərini əhli-nəzər, Bu sitəmgərləri axırda tutar qan, dedilər.

Gətdilər duzəx odun aşiq üçün dünyayə, O cigərsuz odun adını hicran dedilər.

Hicr dərdinə dəva sordum ətibbalərdən, Dəhənin vəslinə, Seyyid, genə dərman dedilər.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.