Əsas məzmuna keç

Qəzəl

Dəhənin dərdimə dərman dedilər cananın

Məhəmməd Füzuli

1

Dəhənin dərdimə dərman dedilər cananın, Bildilər dərdimi, yoxdur dedilər dərmanın.

Olsa məhbublərin eşqi cəhənnəm səbəbi, Hurü qılmanı qalır kəndisinə Rizvanın.

Keçdi meyxanədən el, məsti-meyi-eşqin olub, Nə mələksən ki, xərab etdin evin şeytanın?

Vurmazam sihhət üçün mərhəm oxun yarəsinə, Istərəm çıxmaya zövqi-ələmi-peykanın.

Nə bilir oxumayan müshəfi-hüsnün şərhin, Yerə gögdən nə üçün endigini Qur’anın.

Yerdən, ey dil, gögə qovmuşdu sirişkin mələki, Onda həm qoymayacaqdır oları əfğanın.

Ey Füzuli, olubam qərqeyi-girdabi-cünun, Gör nə qəhrin çəkirəm dönə-dönə dövranın.

Lüğət: Rizvan – behiştin, cənnətin baxıcısı; Peykan – ox; Müshəf – Quran; Sirişk – göz yaşı; Cünun – dəlilik, divanəlik

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.