Əsas məzmuna keç

Qəzəl

Degilsən çoxdan, ey gərdun, cəhan seyrində yoldaşım

Məhəmməd Füzuli

1

Degilsən çoxdan, ey gərdun, cəhan seyrində yoldaşım, Nola xəm olsa qəddin, səndən artıqdır mənim yaşım.

Tərazuyi-əyari-möhnətəm bazari-eşq içrə, Gözüm hər dəm dolub, min daşə hər saət dəgər başım.

Sirişkim al, bağrım parə, bir kuhi-bəlayəm kim, Həmişə laləvü lə’l ilə rəngindir içim, daşım.

Mənə manənd bir divanə surət bağılamaz, guya Qələm sındırdı, təsvirim çəkəndən sonra nəqqaşım.

Füzuli, xazini-gənci-vəfayəm, ol səbəbdəndir, Gühərlər tökdü israf ilə bu çeşmi-gühərpaşım.

Lüğət: Gərd – toz; Sirişk – göz yaşı; Manənd – kimi, bənzər; Xazin – xəzinəçi

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.