Əsas məzmuna keç

Qəzəl

Dedim ki, yarə qəmi-hicr dasitanı yazım

Seyid Əzim Şirvani

1

Dedim ki, yarə qəmi-hicr dasitanı yazım, Məlalü dərdi-dili-zarü natəvanı yazım.

O şahbazi-büləndaşiyanə bir dil ilə, Bu hali-bismili-viranəaşiyanı yazım.

Gözüm qarasını həll eləyib midad içrə Bu intizari-dilü çeşmi-xunfəşanı yazım.

Yazım o səngdilə şərhi-firqətin, yoxsa Zəmanə dərdimi, ya qüsseyi-cahanı yazım.

Nə firqətin, nə zəmanə qəmin, nə qüssəsini, Nələr ki, başıma hicrində gəldi anı yazım?

Fəraqi-ləli-ləbində o sərvi-lalərüxün, Qəmində gözdən axan qətrə-qətrə qanı yazım.

Zibəs təpidələnir mübtəla könül, qoymaz Ki, ol pərivəşə mən hali-cismü canı yazım.

Məbadə can çıxa, Seyyid, gedə bu namə ilə, Gərək bu naməni candan ona nihani yazım.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.