Dedim: ey gül, niyə etdin məni zülfündə əsir
Dedim: ey gül, niyə etdin məni zülfündə əsir? Dedi: divanə olan şəxsə gərəkdir zəncir.
Dedim: ol türreyi-pürçində nədir rüxsarın? Dedi: bu surəti Çin içrə qılıblar təsvir.
Dedim: ol arizi-zibadə nədir xətti-siyah? Dedi kim, müshəfi-rüxsarıma düşmüş təfsir.
Bu ümid ilə ki, qanımı tökər qəmzən oxu, Ey gözün sədqəsi, əmdən qılıram yüz təqsir.
Xameyi-Seyyid əgər kim, ola yüz muyşikaf, Sifəti-muy-miyanın edə bilməz təhrir.