Əsas məzmuna keç

Qəzəl

Dedim: eşqində könül zarü həzin olmalıdır

Məhəmməd Füzuli

2

Dedim: eşqində könül zarü həzin olmalıdır, Dedi ki: söz odur, əlbəttə, həmin olmalıdır.

Dedim: etmiş niyə çeşmin xəmi-əbrudə məkan? Dedi: pakizə nəzər guşənişin olmalıdır.

Dedim: etdin dil ilə dinimi qarət nə üçün? Dedi: büt sevgilisi bidilü din olmalıdır.

Dedim: öz aşiqini bəs necə istərsən ola? Dedi: rüsvalığa aləmdə əmin olmalıdır.

Dedim: həq nuri cəmalində təcəlli eləyir, Dedi: ol nuri görən çeşmi-yəqin olmalıdır.

Dedim: ey gül, mənə bir tel ver o çin zülfündən, Dedi: bu xəstə üçün nafeyi-çin olmalıdır.

Dedim: aləmdə Füzuli qapının bir quludur, Dedi: alnında onun dağı yəqin olmalıdır.

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.