Daraldır qönçə həlqin, dürci-lə’lin gəlsə göftarə
Daraldır qönçə həlqin, dürci-lə’lin gəlsə göftarə, Qarardır afitabı sayə çəksən pərdə rüxsarə.
Sənə bir söz deyincə keçdi ömrüm həsbətən lilləh1, Sualım kami-dil verməklə möhtac etmə təkrarə.
Dili-sədpareyi cəm’ eyləmək kuyində müşküldür, Olurmu cəm’ə qabil, hər itin ağızında bir parə!
Səri-zülfündə hər mu, seyd qılmış bir dili-suzan, Düşübdür, sanəsən, bir şö’lə od şəm’ üzrə hər tarə.
Təmənnayi-vüsalinçün degil giryəm, budur qəsdim Ki, seyli-əşkdən yer qalmaya kuyində əğyarə.
Başım qaldırmasın xaki-rəhindən, sərnigun çəksin, Çəkər olsa müsəvvir surətim kuyində divarə.
Füzuli, zəf’i-tən üzrilə kəsmə naleyi-zarın, Bizi çün çəng tək mö’tad qıldın naleyi-zarə.
Lüğət: Seyd – ov, şikar