Daneyi-xalin görəndə mürği-dil pərvaz edər
Daneyi-xalin görəndə mürği-dil pərvaz edər, Qeyb ikən ol dəmdə əsrari-məani baz edər.
Dastani-hüsnini, ey dust, dər fəsli-bahar Guşeyi-gülşəndə bülbül sübhdəm ağaz edər.
Görmədi bir gəz günah ol şahi-xuban ah kim, Ögrənibdir kim, mana hər ləhzə yüz min naz edər.
Ey könül, qatlan vüsalın istər isən daima Hər cəfalar kim, sana şol dilbəri-tənnaz edər.
Ey Xətayi, afərin qılmaq gərək idrakına, Böylə tər sözlər məgər kim, Sə’diyi-Şiraz edər.
Lüğət: Mürği – hərim – məhrəm quşu; Dil – ürək; Pərva – qorxu, rəğbət; Əsrar – sirlər; Məani – mənalar; Baz – qızıl quş; Hüsn – gözəllik; Ağaz – başlama; Şol – o