Əsas məzmuna keç

Qəzəl

Daneyi-xali-siyəh kim, düşdü rüxsar üstünə

Şah İsmayıl Xətai

1

Daneyi-xali-siyəh kim, düşdü rüxsar üstünə, Lalyei-pür dağdir kim, düşdü gülzar üstünə.

Həlqələnmiş zülfiniz rüxsarın üstə, ey sənəm, Gəncə bənzər kim, anın yatmışdurur mar üstünə.

Ta ki, zahid gördü yüzün, qılmadı bir gəz nigah, Kafəri-mütləqdir ol kim, gəlməz iqrar üstünə.

Sanasın kim, çeşmeyi-heyvanın üstə gəldi Xızr, Düşdü ta xəttin sənin lə’li-şəkərbar üstünə.

Ta ki, vəslin oldu vasil bu Xətayi xəstəyə, Bir təbibə bənzər ol kim, gəldi bimar üstünə.

Lüğət: Pür – dolu; Mar – ilan; Çeşmeyi – heyvan – dirilik bulağı; Xətt – yanaq, yazı; Vəsl – qovuşmaq; Bimar – xəstə

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.