Əsas məzmuna keç

Qəzəl

Daha xoşdur ki, halımdan xəbərsiz qalsa daim yar

Məhəmməd Füzuli

1

Daha xoşdur ki, halımdan xəbərsiz qalsa daim yar Ki, qeyrətdən həlak ollam, danışsa yar ilə əğyar.

Mənim qorxum budur: yarım azaldar dərdimi bilsə, Onunçün etmirəm bir an bu dərdi dilbərə izhar.

Sənin çün zövqi-dağın candan artıqdır mənə ondan, Çıxarsa can, o, zövqünlə yanar daim bu cismi-zar.

Bir an da istəməz canım düşə ayrı bədəndən kim, Tənimdə qanlı peykan tək sənin bir yadigarın var.

Tutub can yanğısı qəlbim oduyla eylə bir ülfət Ki, bir yerdə olarlar pirahdən zahirü aşkar.

Fələkdə bir çıraq yandırmışam mən bərqi-ahimdən, Onunla nur alır hər şəb sərasər sabitü səyyar.

Çəməndə qurmuşam hər gün çətir mən dudi-ahimdən, Dalınca düşməsin kölgə çıxarkən seyrə ol dildar.

Vüsali-yarə çatmaqçün olur düşmən mənə mane, Füzuli bircə bu qəmlə ölər aləmdə, bil, naçar.

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.