Əsas məzmuna keç

Qəzəl

Daha üftadə bizi sevgili canan diləyir

Məhəmməd Füzuli

1

Daha üftadə bizi sevgili canan diləyir, Varmı bundan da ağır gün kim, o sultan diləyir.

Eşqinə kim həvəs etsə o büti-bibakın, Özünə, mən kimi, bir bidilü iman diləyir.

Çərxdən də keçir ahim, əcəb oxdur, hədəfin Bu fələkdən də uzaq olmağın hər an diləyir.

Yeni ayın yəhərin qoydu fələk öz atına, Minməyə sən kimi bir afəti-dövran diləyir.

Xaki-kuyindən onun tozmu çıxıb kim, yerdən Gözünə sürmə üçün çərx onu dərman diləyir.

Bir xətadır sənə rəşki-büti-Çin söylərisəm, Çini-əbrunu qəzəb vaxtı bu nalan diləyir.

Başqa bir kam Füzuli diləməz dövrandan, Vəslə müştaqdır ol, bir məhi-taban diləyir.

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.