Daği-hicran ilə yanmaqdan cigər qan olsa yey
Daği-hicran ilə yanmaqdan cigər qan olsa yey, Mülki-dil qəm mənzili olunca, viran olsa yey.
Yarı əğyar ilə görmək aşiqə düşvar irür, Böylə görməkdən əsiri-dərdi-hicran olsa yey.
Sinəmə peykanını göndər könül də’finə kim, Sinədə suzan könül olunca peykan olsa yey.
Sirrimi rüsvalığm faş etmədən aləmlərə, Zar cismim əşk girdabında pünhan olsa yey.
Dağıdırsa, nola, iqdi-zülfünü badi-səba, Fitnə əhli olanın cəm’i pərişan olsa yey.
Dün Füzuli səhv edib, keçmiş meyü məhbubdən Tövbə edib, bu yaman işdən peşiman olsa yey.
Lüğət: Düşvar – çətin, müşkül. E; Peykan – ox; Əşk – göz yaşı