Əsas məzmuna keç

Qəzəl

Cismim içrə təkcə bu yüz zəxmi-bidərman deyil

Məhəmməd Füzuli

1

Cismim içrə təkcə bu yüz zəxmi-bidərman deyil, Mən kimi yüz dağı var, kölgəm də biəfğan deyil.

Qeyrdən göz örtərəm rüxsarin olmazsa, vəli Iynədir gözlərdəki kirpiklərim, müjgan deyil.

Bir ilan tək kömləyimdən bəs necə mən çıxmayım, Bir ilandır hər teli bu kömləyin, sapdan deyil.

Sünbüli-zülfün ayırsa ruzigar üzdən, nə qəm, O, gözəllik bağının möhtacıdır, bağban deyil.

Qönçə bağrında Məsiha bəsləyən Məryəmdi kim, Ruh saçan ətri onun əskik Məsihadan deyil.

Parələnmiş bəs nədən gül daməni Yusif kimi, Min cəfalər gər Züleyxadən ona hər an deyil.

Yandı sərtasər Füzuli qəm odunda, qorxmadı, Qorxar atəşdən o kəs kim, şəm tək suzan deyil.

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.