Cilveyi-əksi-rüxün ayinədə, ey rəşki-hur
Cilveyi-əksi-rüxün ayinədə, ey rəşki-hur, Rövşən etmiş onu kim, xurşiddəndir ayə nur.
Bərqi-ahim göy üzün tutmuş, sirişkim yer üzün, Söhbətimdən həm vühuş etmiş tənəffür, həm tüyur.
Eşq rəsmi gər budur, müşkül yetər dərmanə dərd, Dərd əhli bizəban, bidərdlər məsti-qürur.
Daği-dilsuzi-fəraqın qıldı gün-gündən füzun, Nuri-mah əfzun olur, xurşiddən olduqca dur.
Və’deyi-vəslin çox, əmma bəxt yar olmaz, nə sud, Gül gətirməz, abi-şirin vermək ilə xaki-şur.
Tari-zülfündürmü rüxsarında canlar məskəni, Ya buraxmış bir rəhi-pürpiçü xəm gülzarə mur.
Ol səri-kuy itləri içrə, Füzuli, yox yerim, Bəs mənə matəmsəra, mən qandanü bəzmi-sürur?
Lüğət: Rəşk – həsəd, qısqanmaq; Hur – huri, pəri, gözəllər; Bərqi – lame’ – ildırım; Sirişk – göz yaşı; Vühuş – vəhşi heyvanlar. Z; Tüyur – quşlar. U; Füzun – artıq. G; Dur – uzaq; Sud – fayda, qazanc; Bəzm – qonaqlıq, kef məclisi