Çünki rəf’ oldu üzündən, ey şəhi-xuban, niqab
Çünki rəf’ oldu üzündən, ey şəhi-xuban, niqab, Qalmadı küfrü zəlalət, zahir oldu afitab.
Həq əyan oldu sənə, ey məzhəri-zatü sifat, Kənzi-məxfi aşikar olduvü həm yövmül-hesab.
Xeymeyi-miad imiş gördüm vücudum sərbəsər, Kafü nundan iki yana hər tərəf əlli tənab.
Ol ki, bu sirri bilir oldu şəhi-Misri-vücud, Hökm anın, buyruq anın, ol sahibi-əmrü xitab.
Kirpigin, qaşınla zülfün sirrini məndən eşit, Ta sənə ərz oluna həm mə’niyi-ümmül-kitab.
Arifi-həq istərəm söz tanıya aləmdə kim, Söyləyəm məqsudumu ta ol verə gerçək cavab.
Divi-naməhrəm nə bilsin sirri-ərvahi-nəbi, Talibi-dünyayi-dundur nəfsi-nadanü kilab.
Sirri-pənc əlhəmd faş oldu zi vəchü dəstü pa, Ey kəlamüllahi-natiq, ta be key başi bexab.
Valiyi-əhd oldun, ey Seyyid, zi Fəzli-ləmyəzəl, Gör nə der vali budur, vallahu ə’ləm bissəvab.
Şol tamam ayın üzündən çünki rəf oldu niqab, Zülmətin dövranı keçdi, zahir oldu afitab.
Ləblərin camı meyindən cümlə əşya əsrimiş, Təyyib, ey pakizə saqi, barəkallah, ey şərab!
Ey yanağın həsrətindən cənnətin qəlbində nar, Vey dodağın şərbətinlən kövsərin eynində ab!
Ey üzün həmra gülündən lalənin camında mey, Vey gözün sevdalarından nərgisin gözündə xab.
Həq-təalanın kəlamı surətin təfsiridür, Ey üzün inna fətəhna, həqdən açıldı bu bab.
Kirpigin, qaşınla zülfün həq kitabıdır, vəli Ol kitabı kim bilir mən indəhü ümmül-kitab?
Surətin lövhündə yazılmış hürufu bilməyən Bilmədi sövmü səlatı, sağişi-yövmül-hesab.
Abi-heyvandır dodağın, ruhi-qüdsidir dəmin, Surətin həqdir, üzün – vəllahu ə’ləm bis-səvab.
Qaziyül-hacat imiş lə’lin məgər kim, aşiqə Hər nə kim, qıldı təmənna, üstəcib gəldi cavab.
Dilbərin eşqində, ey salik, ikilik pərdədir, Mənligin rəf’ olmayınca aradan getməz hicab.
Ey Nəsimi, səcdə qıl şol maha kim, həqdən sana Fə’budu əyyahu vəscud vəqtərib gəldi xitab.
Lüğət: Afitab – Günəş; Kənz – Xəzinə; Yövmül – hesab – Hesab günü, qiyamət günü Z; Tənab – Kəndir; Ərz – Yer; Ərvah – Ruhlar; Nəfsi – şum – Uğursuz nəfs; Kilab – Itlər; Kəlamüllah – Allah sözü; Ləmyəzəl – Əbədi, ölməz; Şol – O; Nar – Od; Xab – Yuxu; Bab – Qapı; Səlat – Birləşmə, əlaqə; Dua; Salik – Düz yolla gedən