Əsas məzmuna keç

Qəzəl

Çün xakə təcəlla elədi xaliqi-cəbbar

Seyid Əzim Şirvani

1

Çün xakə təcəlla elədi xaliqi-cəbbar, Öz surətini xaki-siyəhdən edib izhar.

Çün oldu bəşər əhsəni-təqvimdə təxmir, Bu xak təcəllayi-həqə oldu səzavar.

İstərdi mələk, adəmi kim, tapmıya xilqət, Hüsni-bəşəri gör ki, mələk oldu giriftar.

Harut ilə Maruta edim mən nə məzəmmət, Cibrili-əmin düşsə bu sevdayə, olur xar.

Nə çarə edim eşqimə bəs mən evi viran, Yüz Zöhrəyə mən müştəriyəm, valehi-didar.

Yüz göz görürəm ki, hamısı sehrdi, cadu, Bimar qılıbdır məni bir gözləri bimar.

Yox məndə hələ nəfsi-mələk qüvveyi-qüdsi, Axır bəşərəm, rəhm qıl, ey xaliqi-qəffar.

Gər etməz idin arizi-dilbərdə təcəlla, Seyyid bu qədər olmaz idi yarə tələbkar.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.