Əsas məzmuna keç

Qəzəl

Çün sənin tək yar buldum, özgə mən yar istəmən

Şah İsmayıl Xətai

1

Çün sənin tək yar buldum, özgə mən yar istəmən. Səndən ayru cümleyi-aləmdə mən var istəmən.

İstərəm ki, mən çəkim dərdü fəraqin zəhmətin, Məndə özgə eşqinizdə kimsə bimar istəmən.

İstərəm kuyində avaz etməyə nakəs rəqib, Öz ünümdən özgə anda naleyi-zar istəmən.

Dün demişsən istərəm bir busəyə yüz can baha, Ol mətaə məndən özgə heç xiridar istəmən.

Ol səbəbdən bu Xətayinin sözü həqqanidir, Həqdən özgə dünyada mən yarü ğəmxar istəmən.

Lüğət: Bimar – xəstə; Dün – dünən, gecə

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.