Çün gəlir rüxsarə xət, hüsnün lətafətdən düşər
Çün gəlir rüxsarə xət, hüsnün lətafətdən düşər, Ləkkədar olsa əgər əlmas qiymətdən düşər.
Laleyi-ruyin edər çün daği-pinhan aşikar, Sünbüli-geysulərin tabü təravətdən düşər.
Lal olur aşiq, gedər çün hüsnü əldən dilbərin, Rəsmdir, fəsli-xəzan bülbül fəsahətdən düşər.
Xət gələndə, xəlq ara məşuq olur bietibar, Filhəqiqət, hakimi-məzul hörmətdən düşər.
Ol qədər cövr etmə üşşaqə ki, çəksin səndən əl, Şəh rəiyyətsiz ola, əlbəttə, şövkətdən düşər.
Bu qədü rüxsar ilə seyri-gülüstan eyləsən, Gül giribançak olur, sərv istiqamətdən düşər.
Seyyida, gəldikcə ol rüxsari-atəşgunə xət, Günbəgündən sineyi-aşiq hərarətdən düşər.